Gürcüstanda azərbaycanlılar qəzaya düşüb - Ölən və yaralılar var

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az">Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində qeydə alınıb.
Məlumata görə, Marneuli-Qırmızı Körpü magistral yolunun Tsereteli kəndin⁹dən keçən hissəsində "VAZ-2107" markalı avtomobil ötmə əməliyyatını yerinə yetirərkən yolun əks istiqamətindən gələn "Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Minik maşınına daha sonra arxasınca gələn digər "Ford” markalı avtomobil çırpılıb.
Qəza nəticəsində "VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Xəsarət alan orta yaşlı qadın isə xəstəxanaya çatdırılarkən yolda keçinib. Xəsarət alanlar arasında 2 azyaşlının olduğu bildirilir.
Yerli sakinlərin sözlərinə görə, qəzaya uğrayan hər üç avtomobil Marneuli sakinlərinə məxsus olub, həlak olanlar azərbaycanlılardır.
Hadisə yerinə polis patrul xidmətinin əməkdaşları cəlb edilib, Faktla bağlı araşdırma aparılır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











