Hadisə yerinə təhkim olunan polislər ağır qəzaya düşdü: 1 ölü, 15 yaralı - VİDEO

Türkiyənin Şanlıurfa vilayətində iki ailə arasında baş verən dava səbəbindən əraziyə təhkim olunan polis briqadalarını daşıyan avtobus qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident dünən axşam saatlarında Şanlıurfa-Qaziantep magistralının Daşlı Höyük ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, iki ailə arasında baş verən dava səbəbindən çağırışa gedən polis nəfərlərini daşıyan Əhməd Bayquşun idarə etdiyi 63 KS 840 qeydiyyat nömrə nişanlı avtobus manevr edən zaman arxadan, eyni istiqamətdə hərəkət edən A.B.-nin idarə etdiyi 01 BH 895 qeydiyyat nömrə nişanlı TIR çırpılıb.
Toqquşmanın şiddətindən sürüklənən avtobusda olan 16 nəfər xəsarət alıb. Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə çoxlu sayda səhiyyə, polis və xilasetmə briqadaları gəlib. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. Onlardan İ.T.-nin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Lakin, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO











