Hərbçilərə şəxsi jeton veriləcək

Qanunverciliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd edilib ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi v. sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən - fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti vardır. Bu məsələnin həlli üçün qanunvericiliyə “Şəxsi jeton” anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












