İdarəetmədən çıxan maşın beton arakəsməyə dəyib yoluna davam etdi - VİDEO

Abşeron rayonu, Hökməli qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 8-də saat 03:58 radələrində Bakı–Şamaxı şosesində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, “Hyundai” markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirir və nəqliyyat vasitəsi beton arakəsməyə çırpılır. Daha sonra sürücü avtomobili yenidən nəzarətə götürərək baş verəcək ağır yol-nəqliyyat hadisəsinin qarşısını ala bilir.
Qeyd edək ki, videogərüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi sürücünün sükan arxasında yuxulu olduğunu və bu səbəbdən qəza törətdiyini iddia ediblər.
Qeyd edək ki, sürücü nəqliyyat vasitəsini yalnız təhlükəsiz idarə edə biləcək fiziki və psixoloji vəziyyətdə idarə etməlidir. Yorğun və ya yuxulu halda sükan arxasına əyləşmək diqqətin zəifləməsinə, reaksiyanın gecikməsinə və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Nərmin
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












