Kənar Dairəvi yolda qəza: Toqquşan maşınlar dərəyə düşdü, gənc sürücü.. - RƏSMİ - VİDEO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza avqustun 25-də saat 18:00 radələrində Kənar dairəvi yolunun 500-cü kilometrliyində qeydə alınıb: “Belə ki, Hadıyev Məhəmmədin idarə etdiyi 77-PN-359 dövlət nömrə nişanlı “Khazar” markalı maşın, İlqar Mahmudovun idarə etdiyi 01-CO-563 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobillə toqquşub. Hadisə zamanı “Khazar” markalı avtomobilin sürücüsü 2004-cü il təvəllüdlü Məhəmməd Hadıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Qeyd edək ki, şahidlərin iddiasına əsasən, qəza, “Khazar” sürücüsünün qəfildən idarəetməni itirməsi nəticəsində yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












