Konqoda An-72 tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb
Qəzalar
11 Oktyabr 2019 20:38

Sərnişinlərin və heyət üzvlərinin taleyi barədə məlumat verilmir
Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekediyə xidmət edən, göyərtəsində səkkiz nəfərin olduğu An-72 tipli hərbi yük təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb. Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, oktyabrın 10-da yerli vaxtla saat 13:32-də Goma şəhər aeroportundan havaya qalxan təyyarə saat 16:43-də Kinşasada yerə enməli idi. Lakin bir saat sonra təyyarə ilə əlaqə kəsilib və o, radarlardan itib. İnsident zamanı An-72 tipli hərbi yük təyyarəsinin göyərtəsində prezidentin mühafizə xidmətinin üç əməkdaşı, onun şəxsi sürücüsü və dörd ekipaj üzvü olub. Bir qədər əvvəl təyyarənin qalıqları ölkənin şərqində yerləşən Maniema əyalətinin ərazisində aşkarlanıb. Sərnişinlərin və heyət üzvlərinin taleyi barədə məlumat verilmir.
Oxunub : 1328
DİGƏR XƏBƏRLƏR
5 Oktyabr 2026 21:17
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
5 Oktyabr 2026 17:30
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
5 Oktyabr 2026 16:41
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
5 Oktyabr 2026 16:23
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
5 Oktyabr 2026 10:36
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
5 Oktyabr 2026 10:18
Sumqayıtda AĞIR QƏZA: Ölən var
4 Oktyabr 2026 23:32
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
4 Oktyabr 2026 09:40
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
2 Oktyabr 2026 19:24
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
2 Oktyabr 2026 13:00
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
2 Oktyabr 2026 10:06
Beyləqanda ağır qəza - ÖLƏN VAR
1 Oktyabr 2026 17:30
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
ŞƏRH YAZ












