Kürdəmirdə mikroavtobus qəzaya düşdü: xəsarət alanlar var - FOTO

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 198-ci kilometrliyində, rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini Ramil Akif oğlu Rüstəmov idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini Dağlar Heydər oğlu Məcidovun idarə etdiyi "Chevrolet" markalı avtomobilə arxadan çarpılıb.
Nəticədə "Chevrolet"in sürücüsü və avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Bəsti Məhəmməd qızı Məcidova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR



















