Lənkəranda 57 yaşlı kişini avtomobil vurub

Lənkəran rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.
“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, “Kürə” deyilən ərazidə qeydə alınıb.
Belə ki, rayonun Xolmili kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Əflatun oğlu Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadanı, 1962-ci il təvəllüdlü Viyən kənd sakini Ağasəlim Ağahüseyn oğlu Əhmədovu vurub. Nəticədə A.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Vəziyyəti ağır olan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəyə piyadanın sərxoş halda qəfildən nəqliyyat vasitəsinin qarşısına çıxmasının səbəb olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












