Lənkəranda zəncirvari yol qəzası olub, xəsarət alan var

Lənkəran rayonunda zəncirvari yol qəzası olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə şəhərin “Kürə” deyilən ərazisində baş verib.
Belə ki, Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü İsmayıl Ağazadə oğlu Əliyev “QAZ-24” markalı 42-BD-825 dövlət-qeydiyyat nişanlı avtomobillə Astara istiqamətində hərəkətdə olub. Yol ayrıcında Lənkəran rayonunun Ləj kənd sakini, 1991-ci il təvəllüdlü Hafiz Yunusağa oğlu Məmmədovun idarə etdiyi “Ford- Transit” markalı 99-CA-271 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.
Hadisə zamanı “QAZ-24” zərbənin gücündən istiqamətini dəyişərək yol kənarında dayanan Lənkəran şəhər sakini, Bəybala Şahkərim oğlu Mirzəyevə məxsus "VAZ-2106" markalı 42-BO-480 dövlət-qeydiyyat nişanlı avtomobilə çırpılaraq onu səkiyə sıxışdırıb. Bu zaman səkidə olan piyada Lənkəran şəhər sakini, 1964-cü il təvəllüdlü Nasim Təyyar oğlu Şahbazov ciddi xəsarət alıb. Onun ayağının amputasiya olunma təhlükəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB











