Lökbatanda QƏZA: "VAZ-2107" sərnişin avtobusuna ÇIRPILDI - VİDEO - YENİLƏNİB

"Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi üç avtomobilin iştirakı ilə baş verib".
Bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli verib.
O qeyd edib ki, hadisə martın 10-da qeydə alınıb.
"VAZ-2107, "Volkswagen" və "BakuBus"a məxsus sərnişin avtobusunun toqquşub. Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü Namiq Ramil oğlu İmanov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə R. Əhmədli bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədə xəsarət alan şəxs ambulator müalicəyə buraxılıb.
"Martın 10-u, saat 22:20-də Lökbatan qəsəbəsi, 28 May küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü şəxs (kişi cinsli) Lökbatan Tibb Mərkəzinə hospitalizasiya edilib.
Ona sağ diz oynağının və əlin səthi travmaları diaqnozu təyin edilib. Vəziyyəti kafi olaraq qiymətləndirildiyindən ambulator müalicəyə buraxılıb", - deyə məlumatda qeyd olunub.
***10:53
"Bu gecə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 125 nömrəli marşrut xəttinə məxsus avtobus qəzaya düşüb".
Bunu "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.
"Ötən gecə saat 21:45-də, Lökbatan qəsəbəsində 28 May küçəsi, 41 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "BakuBus" MMC-nin istismarında olan 125 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-856 dövlət qeydiyyat nişanlı avtobusa maddi ziyan dəyib.
İlkin məlumata əsasən, hadisəyə 77-TF-207 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsünün yüksək sürət səbəbindən idarəetməni itirərək dayanacaqda dayanmış vəziyyətdə olan avtobusa arxadan çırpılması səbəb olub.
Hadisə zamanı avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb. Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlara dərhal məlumat verilib və araşdırmalara başlanılıb", - deyə qurum rəsmisi qeyd edib.
***09:41
Bu gecə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəsəbənin 28 May küçəsində "BakuBus"a məxsus sərnişin avtobusu VAZ-2107 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.
Sərxoş halda yola çıxan piyadanı maşın vurub öldürdü - VİDEO
Avtoqəzalarda 140 nəfər həlak olub - Hadisələrin 32,9 faizi həftənin ...
Bakıda özünü maşının qabağına atan piyada belə vuruldu - DYP xəstəxanaya çatdırdı - VİDEO
Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO
Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU
Çin istehsalı olan iki maşın toqquşdu - VİDEO
Biləcəridə “Prius” avtobusa çırpıldı - VİDEO
Müğənni qəza törətdi - Efriə taksi ilə gəldi - FOTO
Qəbələdə “VAZ” və “Mercedes” toqquşdu, sürücülərdən biri… - VİDEO
Şəmkirdə qəza: “Mercedes”lə toqquşan yük maşını aşdı - VİDEO
Dəhşətli qəzada ölən şəxs müəllim imiş - FOTO








