Masallıda ağır qəza - Ölənlər var - FOTO - YENİLƏNİB

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti məlum olub.
Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Masallı rayonu Ərkivan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyulun 2-də saat 19:30-da üç nəfər (kişi cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən bir nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində, vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilən 1992-ci il təvəllüdlü şəxsə bütün zəruri reanimasiya tədbirlərlərinin göstərilməsinə baxmayaraq, saat 21:00-da bioloji ölüm faktı qeydə alınıb.
Bir nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
***09:30
Masallıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev və Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən R. Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. O, hadisə yerində ölüb.
Avtomobildə sərnişin qismində olanlar - 33 yaşlı Pərvin Əliniyaz oğlu Həsənov, 23 yaşlı Fərid Fərahim oğlu Qasımov və 34 yaşlı Araz Telman oğlu Məmmədzadə təcili tibbi yardım briqadalarının köməkliyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Həkimlərin səylərinə baxmayaraq Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb.
Yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO














