Maşının arxasından qəfil əks yola çıxan sürücü qorxulu anlar yaşatdı - VİDEO

Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 25-də saat 20:12 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 90-YE-854 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü təhlükəli manevr edib. Belə ki, o, hərəkətdə olan nəqliyyat vasitəsinin arxasından qəfil əks istiqamətli yola keçərək qarşıdan gələn avtomobilin hərəkət trayektoriyasına daxil olub. Nəticədə təhlükəylə üzləşən sürücü ehtiyatlı davranaraq baş verəcək qəzanın qarşısını alıb.
Görüntülərdən də aydın olur ki, qayda pozuntusuna yol verən sürücü manevr etməzdən əvvəl yolun təhlükəsizliyinə əmin olmayıb və bununla da digər hərəkət iştirakçısı üçün qəza riski yaradıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü hər hansı manevrə başlamazdan əvvəl onun təhlükəsiz olduğuna və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmalıdır.
Nərmin
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












