Mikroavtobus yol kənarına aşdı: 19 yaralı - FOTO

Türkiyənin Adıyaman vilayətində mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün Kahta istiqamətindən Adıyamana gedən yolda qeydə alınıb.
Məlumata görə, Şəvkət Çakırın idarə etdiyi 02 D 6017 qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu, Samsat yol ayrıcında sürücünün idarəetməsindən çıxaraq uçuruma yuvarlanıb.
Nəticədə sürücü Şəvkət Çakırla birlikdə mikroavtobusda olan Nuh Ərdəmir, Abdulvahap Bərk, Zəhra Qaya, Mərvə Yüksəkyayla, Ayşəgül Ağbaş, Nihat Çalgıcı, Nərgis Yüksəkyayla, Osmancan Şahan, Ramazan Qoç, Qədir Tuncel, Sadıq Bozqurd, Məhmət Baran, Məhmət Şaraldı, Mustafa Mətə, Fərhad Saray və adı öyrənilməyən 3 nəfər xəsarət alıb.
Yaralılar hadisə yerinə çağırılan ambulanslarla Adıyaman Təlim və Araşdırma Xəstəxanasına çatdırılıblar.
Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev



Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU











