Moskvada robot-kuryer qəza törədərək hadisə yerindən qaçdı - VİDEO

Rusiyanın paytaxtı Moskvada qeyri-adi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, ilk dəfə olaraq robot-kuryer qəza törədərək ərazini tərk edib.
Avtosfer.az xəbər verir ki, insidentin görüntüləri "DTP i ÇP Moskva" adlı Telegram kanalında paylaşılıb.
Məlumata görə, hadisə Zapadnoye Dequnino rayonunda baş verib. Videoda pilotsuz çatdırılma aparatının binadan aralanaraq park halında olan minik maşınına dəydiyi öz əksini tapıb. Toqquşmadan sonra fəaliyyətini dayandırmayan robot istiqamətini dəyişərək səki ilə yoluna davam edib və qəza törətdiyi yeri tərk edib.
Bu hadisə Rusiyanın robotlaşdırılmış çatdırılma xidmətləri tarixində ilk dəfə baş verib. İndiyədək heç bir cihaz toqquşma anından sonra yol polisini və ya maşın sahibini gözləmədən hadisə yerindən uzaqlaşmamışdı.
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












