Oğuzda maşın aşdı - Ata və qızı xəsarət aldı - YENİLƏNİB

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 03:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə beş nəfər (üç qadın, iki kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara döş qəfəsinin travması, başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 1983-cü il, 1992-ci il və 2011-ci təvəllüdlü şəxslər (hər üçü qadın) ambulator müalicə üçün evə buraxılıblar.
1965-ci il və 1976-cı il təvəllüdlü şəxslər (hər ikisi kişi) daha ixtisaslı tibbi xidmət üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar", - deyə məlumatda bildirilir./oxu.az
***09:11
Oğuzda avtomobil aşıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz yayonu ərazisində keçən hissəsində baş verib.
Rayonun Böyük Söyüdlü kənd sakini 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobili yol kənarına aşırıb. Nəticədə sürücü və onun sərnişini, 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç, onun qızı 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












