Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon istəyir

Moskvanın Lyublino rayonunda qətlə yetirilmiş motosikletçinin valideynləri təqsirləndirilən şəxsin ailəsindən 100 milyon rubl (təxminən 200 min manatt) tələb ediblər. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə REN TV istintaq materiallarına istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, öldürülən Kirill Kovalyovun atası məhkəməyə təqdim etdiyi açıqlamada oğlunun sağlamlığı və inkişafı üçün ailənin çoxlu şəxsi vəsait xərclədiyini qeyd edib.
Hadisə 2024-cü il aprelin 17-də baş verib. İstintaqa görə, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov Krasnodar küçəsindəki binanın qarşısında avtomobilini səkiyə park edib. Buna etiraz edən 24 yaşlı Moskva sakini Kirill Kovalyova Şahin Abbasov hücum edərək əvvəlcə onu döyüb, sonra isə qarın nahiyəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. O, qondarma "Luqansk Xalq Respublikası"na qaçmağı planlaşdırsa da, tanışının yanına getdiyi Rostov vilayətinin Kazanskaya stanitsasında yerli polis əməkdaşları tərəfindən saxlanılıb.
Sonradan məlum olub ki, Moskvada yol polisi inspektoru Dmitri Bovtunov hadisə yerindən qaçan Şahin Abbasovu 30 min rubl müqabilində azad edib. Hazırda məhkəmə prosesi davam edir.
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












