Parklanma yerindən çıxan yük maşınının sürücüsü “BYD”ni vurdu - VİDEO

Paytaxtın Yasamal rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 7-də saat 13:50 radələrində Murtuza Muxtarov küçəsində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 77-JV-841 dövlət qeydiyyat nişanlı “Isuzu” markalı yük avtomobilinin sürücüsü parklanma yerindən geri hərəkətlə çıxarkən yolla hərəkətdə olan “BYD” markalı avtomobillə toqquşur. İlkin ehtimala görə, yük avtomobilinin sürücüsü geriyə hərəkət etməzdən əvvəl yol şəraitini tam qiymətləndirmədiyi və yaxınlaşan nəqliyyat vasitəsinə yol vermədiyi üçün qəza baş verib.
Hadisə nəticəsində avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, geriyə hərəkət yalnız bu manevrin təhlükəsiz olduğuna tam əmin olunduqdan sonra həyata keçirilməlidir. Sürücü geriyə hərəkətə başlamazdan əvvəl yolda hərəkət edən nəqliyyat vasitələrinə üstünlük verməli, onların hərəkətinə maneə və ya təhlükə yaratmamalıdır. Görünüşün məhdud olduğu hallarda isə manevri yalnız təhlükəsizliyi təmin etdikdən, zərurət yaranarsa digər şəxsin köməyindən istifadə etdikdən sonra icra etməlidir.
Nərmin
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












