Piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, ötən gün Bakı-Qazax-Gürcüstan avtomobil yolunun rayonun Qarabucaq qəsəbə ərazisindən keçən hissəsində Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Elsevər İsgəndərov idarə etdiyi DAF markalı yük avtomobili ilə yolu keçən piyada – Kürdəmir sakini, 1979-cu il təvəllüdlü Nizami Qarayevi vurub.
Nəticədə yaralı hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu












