Prospektdə zəncirvari qəza: 4 maşın toqquşdu, yaralılar var - VİDEO

Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a bildirilib ki, iyulun 2-də saat 19:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (iki qadın, bir kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmət almaqdan imtina edib", - deyə məlumatda bildirilir.
***12:00
Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli məlumat verib.
Bildirilib ki, qəza iyulun 2-də saat 19:50 radələrində qeydə alınıb. Hərəkətdə olan 77-MM-144 dövlət nömrə nişanlı “Chevrolet” markalı, 77-XC-080 dövlət nömrə nişanlı “Changan” markalı, 77-KM-615 dövlət nömrə nişanlı “Ford” markalı və 99-KK-766 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillər toqquşub.
Şahidlərin iddiasına əsasən, qəzaya “Changan” markalı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət etməsi səbəb olub.
Hadisə nəticəsində hər dörd avtomobilə ciddi maddi ziyan dəyib. Qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü Rakif Səlifov, sərnişini Fərqanə İsayeva, həmçinin “Hyundai” markalı avtomobilin sərnişini Fidan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












