Qaxda yol qəzası: 5 nəfər xəsarət alıb - SİYAHI

Qaxda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 2003-cü il təvəllüdlü Taleh Elman oğlu Süleymanov, 1996-cı il təvəllüdlü Məhəmməd Vüqar Oğlu Abdullayev, 1987-ci il təvəllüdlü Səidə Kəmal qızı Nəzirova, 2002-ci il təvəllüdlü Bəhlul Vahid qızı İbrahimli və 2002-ci il təvəllüdlü Mahsun Ülfət oğlu Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
*** Saat 15:36
Qaxda baş verən yol qəzasında xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların müalicəsi davam edir.
*** Saat 15:29
Qaxda iki avtomobil toqquşub. Hadisə rayonun Xələftala kəndi ərazisində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












