Qəbələdə “VAZ” qəzaya düşdü, sərnişin hadisə yerində öldü - VİDEO
Qəzalar
7 Oktyabr 2025 17:00

Qəbələ rayonu, Bum qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 6-da saat 21:00 radələrində qeydə alınıb. Belə ki, Elvin Qasımovun idarə etdiyi “VAZ-2106” markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub. Zərbənin təsirindən nəqliyyat vasitəsi yararsız hala düşüb, avtomobildə olan sərnişin - 48 yaşlı Cahid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişin - 36 yaşlı Laçın Mahmudov yaralanıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzalı maşın ərazidən kənarlaşdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Nərmin
Oxunub : 1234
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 17:30
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
11 Noyabr 2026 15:30
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
11 Noyabr 2026 14:18
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
11 Noyabr 2026 13:06
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
11 Noyabr 2026 10:36
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
11 Noyabr 2026 09:36
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
11 Noyabr 2026 09:06
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
10 Noyabr 2026 22:31
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
9 Noyabr 2026 19:00
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
9 Noyabr 2026 18:24
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
9 Noyabr 2026 18:11
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO
9 Noyabr 2026 17:45
Yağışlı havada daha bir DƏHŞƏTLİ QƏZA - VİDEO
ŞƏRH YAZ












