Qobustanda iki yük avtomobili toqquşub, ölən və xəsarət alan var
Qəzalar
20 Dekabr 2019 22:45

Faktla bağlı araşdırma aparılır
Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:40 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində qeydə alınıb.
"Mercedes" markalı yük avtomobili qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı "Mercedes"də olan sərnişin aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb, sürücü ağır xəsarət alıb.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən və xəsarət alan şəxslərin çıxarılması üçün xilasetmə işlərinə başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1534
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












