Qusarda maşın ağaca çırpıldı: 5 nəfər xəsarət alıb
Qəzalar
4 Sentyabr 2019 10:47
Oxunub 1357

Faktla bağlı araşdırma aparılır
Bu gün Qusar rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qusar-Xudat yolunun Balaqusar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zeynulla Cəbrayılovun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













