Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı bəlli olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədov "Mercedes" markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sol tərəfində yerləşən işıq dirəyinə, daha sonra isə həmin yerdəki istirahət parkının ətrafına quraşdırılmış dəmir və beton materialdan olan hasara çırpıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin Könül Mirzağa qızı Məmmədova bədən xəsarətləri alıb və Saatlıda xəstəxanaya yerləşdirilib, digər sərnişin - Bahar Möhsüm qızı Məmmədova isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Saatlı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 yaşlı uşaq həyatını itirib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Qeyd olunub ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yoldan kənara yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan 5 yaşlı uşaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












