Sabirabadda AĞIR QƏZA: 7 nəfər xəsarət aldı - YENİLƏNİB

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 12-də 07:30-da Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə səkkiz nəfər (beş kişi, üç qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.
***
Sabirabadda baş verən qəzada ölən və yaralananların adları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10-MG-689 dövlət nömrə nişanlı VAZ-2109 markalı avtomobilin sürücüsü İbrahim Səxavət oğlu Qurbanov ölüb.
Həmçinin Bəxtiyar Ələsgərov, Xalidə Əhmədova, Arifə Allahverdiyeva, Emin Xudiyev və Mürvət Turabov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, hadisə bu gün saat 06:30-da Hacıqabul-Horadiz avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb.
***09:07
Sabirabadda zəncirvari qəza olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.
Belə ki, "Mercedes Vito" mikroavtobusunun, VAZ-2109, "Opel" və "QAZel" avtomobillərinin toqquşması ilə baş verən qəzada bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












