Şabranda AĞIR QƏZA: Ölən və yaralanan var - VİDEO - YENİLƏNİB

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin anbaan görüntüsü yayılıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Heydər Əliyev prospekti ilə hərəkətdə olan VAZ-21011 markalı avtomobilin qəza anı əks olunub.
Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb və sürücü hadisə yerində həyatını itirib.
***12:50
Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanın olduğu bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən cavab olaraq fakt təsdiqlənib.
Qeyd edilib ki, hadisə Şabran şəhərin H.Əliyev prospektində mayın 27-si, saat 05:10-da qeydə alınıb.
"VAZ-2101 markalı 10-ER-236 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Siyəzən şəhər sakini Rəhim Beybala oğlu Kərimov idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
Hadisə nəticəsində sürücü kəllə-beyin travması alıb. Onun sərnişini, Şabran şəhər sakini 1997-ci il təvəllüdlü Orxan Əliyoldaş oğlu Muradov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












