Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO

Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 23-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə avqustun 11-də saat 14:10 radələrində qeydə alınıb.
Məlumata görə, Tovuz rayon sakini, 1975-ci il təvəllüdlü Rauf Eldar oğlu Sadıqoğlunun idarə etdiyi 50-AG-273 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük avtomobili Astara istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında eyni istiqamətdə dayanmış vəziyyətdə olan Hacıqabul rayon sakini, 1983-cü il təvəllüdlü Dəyanət Ədalət oğlu Süleymanovun idarə etdiyi 90-JF-307 dövlət qeydiyyat nişanlı “Isuzu”markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. “DAF” markalı yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












