Salyanda qəzada xəsarət alan beş nəfərin VƏZİYYƏTİ AÇIQLANDI

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbi ilə aprelin 13-də saat 19:20-də beş nəfər (dörd kişi, bir qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün Salyanda hərəkətdə olan iki "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Vüsalə Səməd qızı Bədəlova, 1972-ci il təvəllüdlü Rəfail Əvəz oğlu Bədəlov, 2002-ci il təvəllüdlü Həsən Rəfail oğlu Bədəlov, 1967-ci il təvəllüdlü Elşən Şəmsəddin oğlu Axundov və Cəbrayıl rayon sakini - 1959-cu il təvəllüdlü Füzuli Ramazan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar./oxu.az
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












