Salyanda təkəri partlayan TIR aşdı - VİDEO - YENİLƏNİB

"Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi Ələt-Astara yolunun 56-cı kilometrliyində qeydə alınıb".
Bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.
"Bu gün saat 12:30-da A.Nuriyevin idarə etdiyi "Mersedes Atego" markalı yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə nəqliyyat vasitəsi yolun ortasındakı arakəsməyə çırpılaraq aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir./oxu.az
***14:53
Bakı-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə görüntülər daxil olub.
Məlumata görə, 77-ET-185 dövlət qeydiyyat nişanlı TIR yolun ortasındakı beton arakəsməyə çırpıldıqdan sonra aşıb.
İlkin məlumata əsasən, hadisəyə nəqliyyat vasitəsinin ön təkərinin partlaması səbəb olub.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












