Şamaxıda maşın dərəyə aşdı, sürücü ağır vəziyyətdə Bakıya göndərilir

Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun Çöl Göylər kəndi yaxınlığında yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz rayon sakini 1991-ci il təvəllüdlü Musayev Təhmasib İqrar oğlunun idarə etdiyi “Shagman” markalı yük avtomobili 20 metrlik dərəyə yuvarlanıb.
Ağır bədən xəsarətləri alan sürücü təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti ağırdır. Ona aşağı ətrafının baldır nahiyyəsinin sümüklərinin qırılması və kəsilmiş yaraları diaqnozu qoyulub.
Vəziyyəti ağırlaşan xəstənin paytaxt Bakıya göndəriləcəyi bildirilir. Həkimlər, onun sol ayağının amputasiya olunacağını güman edirlər.
Faktla bağlı araşdırma aparılır.
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












