Şəkiyə yasa gedənlər qəzaya düşdülər - Yaralılar var - FOTO - VİDEO

Şəkiyə yasa gedənlər Oğuzda qəzaya düşüblər. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib. "Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü A.Əmiraslanov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - məlumatda qeyd olunub.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO















