Şirvanda avtomobil beton dirəyə çırpıldı: 4 nəfər xəsarət alıb - FOTO

Şirvanda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Cavadov Abuzər Kamal oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılması nəticəsində 4 nəfər Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Onlardan Sabirabad rayonu Qaraağac kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Cavid Əsgər oğlu kəllə-beyin travması ilə reanimasiya şöbəsinə, digərləri - Sabirabad sakini, 2001-ci il təvəllüdlü Güloğlanov İsmayıl Cavad oğlu, Şirvan sakinləri, 2003-cü il təvəllüdlü Cavadov Musa Abuzər oğlu və 2008-ci il təvəllüdlü Cavadov Məhəmməd Abuzər oğlu travmatologiya şöbəsinə yerləşdiriliblər.
Qəza törədən sürücünün sərxoş olduğu və hadisə yerindən qaçdığı bildirilir.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.
*** Saat 16:36
Şirvanda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı, 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var















