Su maşını evə çırpıldı: 4 ölü, 1 yaralı - FOTO

Kayserinin Hacılar rayonunda su maşınının evə çırpılması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident günorta saatlarında Hacılar-Erciyes avtomagistralında qeydə alınıb.
Məlumata görə, şəhər mərkəzinə doğru irəliləyən su və kanalizasiya idarəsinə məxsus 38 YL 778 dövlət nömrə nişanlı su maşını, Əhməd Altınbarmağın döngədə idarəetməsindən çıxaraq sürüşməyə başlayıb. Sürüşən yük maşını yol kənarında yerləşən Fatma-Nuhu Abravcı cütlüyünün bağ evinə dəyib və bundan sonra çevrilib. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə xeyli sayda polis, səhiyyə və xilasetmə briqadaları gəlib.
Dağılmış evdə aparılan araşdırma zamanı sürücü Əhməd Altınbarmağ, maşında sərnişin kimi olan Əli Suna və Əhməd Qaraçam ilə evdəki Fatma Abravcı həyatlarını itirdikləri müəyyən edilib. Yaralanan Nuhu Abravcı (65) isə ambulansla xəstəxanaya çatdırılıb.
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev




Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var











