Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb

Qəzalar 9 Dekabr 2019 12:20
Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən piyada, 2010-cu il təvəllüdlü Musayev Elmir Emil oğlunu minik avtomobili vurub. Həkimlərin səyinə baxmayaraq, xəstəxanaya çatdırılan 9 yaşlı uşağı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1043
ŞƏRH YAZ
Ad

E-mail

Şərh