Sumqayıtda minik avtomobili avtobusa çırpıldı: xəsarət alan var - FOTO

Sumqayıtda piyadaya yol verən avtomobil qəza törədib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda dayanan 12 saylı marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü xəsarət alıb. Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov APA-ya bildirib ki, qəza nəticəsində marşrut avtobusunun sərnişinlərindən xəsarət alan olmayıb: “Taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən piyadaya yol vermək istəyərkən idarəetməni itirərək nəqliyyat vasitəsini sərnişin avtobusuna vurub. Sərnişinlərdən xəsarət alan yoxdur”.
Faktla bağlı araşdırma aparılır.
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb














