Sumqayıtda yolu keçən kişini maşın vuraraq öldürüb
Qəzalar
5 Sentyabr 2019 10:56
Oxunub 1014

Faktla bağlı araşdırma aparılır
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb. Naməlum avtomobil yolu keçmək istəyən, 1966-cı il təvəllüdlü Cahangirov Əziz Sədrəddin oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













