Suraxanı rayonunda yol qəzası: xəsarət alan var
Qəzalar
29 Oktyabr 2019 08:46
Oxunub 1400

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı-Hövsan yolunun kəsişməsində qeydə alınıb. Qəza zamanı "Toyota" markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Əsgərova Fəridə Fərman qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun küt travması və sol dizinin əziyi diaqnozu qoyulub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













