"TIR" tuneldə minik maşınını divara sıxıb əzdi - FOTO

Türkiyənin Kocaeli şəhərinin TEM şossesində baş verən yol-nəqliyyat hadisəsi nəqliyyatın hərəkətində müvəqqəti çətinlik yaradıb.
Avtosfer.az xəbər verir ki, qəza İzmit rayonu ərazisində, İstanbul istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin olduğu hissədə, saat 16:15 radələrində qeydə alınıb. İlkin məlumata görə, Murat Kayanın (adlar şərtidir) idarə etdiyi 27-HG-806 nömrə nişanlı yük maşını, 41-BAU-856 dövlət nömrə nişanlı avtomobili tunelin divarına doğru sıxışdırıb.

Nəticədə minik avtomobili tunel divarı ilə yük maşınının arasında qalaraq tamamilə yararsız hala düşüb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
Hadisəni görən vətəndaşların məlumatı əsasında əraziyə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və jandarma əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülərkən, magistral yolda nəqliyyatın hərəkəti bir müddətlik məhdudlaşdırılıb.
Qəza nəticəsində yolda yaranmış nəqliyyat sıxlığı, avtomobillərin ərazidən çıxarılmasından və aidiyyəti qurumların işləri başa çatdırmasından sonra aradan qaldırılıb, hərəkət normal rejimdə bərpa olunub.
Faktla bağlı jandarma tərəfindən araşdırma aparılır.
Eltac Zülfüqaroğlu
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











