Toydan qayıdarkən qəzada ölənlərin adları məlum oldu

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Uleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişiblər.
08:15
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Oxu.Az bildirir ki, Bakıdan Şamaxı istiqamətində hərəkətdə olana "Vita" sərnişin avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dairəvi hərəkət zolağından maniələrə deyərək aşıb.
İki nəfər hadisə yerində dünyasını dəyişib. Beş nəfər isə müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara görə, avtomobildəkilərin hamısı Balakən rayon sakinləri idi. Onlar Bakıdan toydan qayıdırdılar.
Faktla bağlı araşdırma aparılır.
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU











