Türkiyədə hərbi helikopter qəzaya düşdü - YENİLƏNİB

Türkiyənin Isparta bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Avtosfer.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
"Ispartada təlim uçuşu həyata keçirən "UH-1" tipli helikopterlərimiz qəzaya uğrayıb və altı personalımız şəhid olub", - deyə nazirliyin açıqlamasında bildirilib.
***
Türkiyənin Isparta bölgəsində hərbi helikopter qəzaya uğrayıb.
Avtosfer.az-ın "Haber Global"a istinadən xəbərinə görə, hadisə ilə bağlı Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Məlumata görə, Ordu Aviasiya Məktəbinə məxsus hərbi helikopter Keçiborlu rayon mərkəzində yanacaqdoldurma məntəqəsinin yanına düşüb.
Nazirliyin açıqlamasına görə, hadisə nəticəsində 5 əsgər şəhid olub.
"Ispartada təlim uçuşu həyata keçirən "UH-1" tipli helikopterlərimizdən biri qəzaya uğrayıb və 5 personalımız şəhid olub, biri isə ağır yaralanıb. Yaralı personalımız dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türkiyə Silahlı Qüvvələrimizə başsağlığı verir, yaralanan personalımıza da tezliklə şəfa diləyirik", - deyə açıqlamada bildirilib.
Isparta valisi Abdullah Erinin məlumatına görə, təlim uçuşu zamanı qəzaya uğrayan helikopterdə ölənlərdən biri aviasiya məktəbinin komandiri - general-mayor İsa Baydilli olub.
"Ordu Aviasiya Məktəbimizin komandiri paşamız da şəhid oldu", - deyə o bildirib.
Isparta valisi Abdullah Erin isə açıqlamasında iddia edib ki, hadisəyə səbəb iki helikopterin toqquşması olub:
"Keçiborluda Ordu Aviasiya Məktəbi var və orada müntəzəm olaraq təlim uçuşları həyata keçirilir. Təlim uçuşu zamanı iki helikopterlərin toqquşması nəticəsində biri qəzaya uğrayıb və düşüb".
***
İspartanın Keçiborlu rayon mərkəzində hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Bildirilir ki, hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.
(oxu.az)
Ağır QƏZA: ölən var
Lökbatanda qəza: “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
“Prius” aylardır davam edən təmir zonasındakı maneəyə çırpıldı - VİDEO
Dəhşətli qəzada ölən Elmirin FOTOsu
Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO
Aydında ağır qəza: İki ölü, bir yaralı
Ankarada dəhşətli qəza: Bir ölü, iki yaralı
Rusiyada avtobusla yük maşını toqquşdu: 11 nəfər yaralandı
19 yaşlı sürücü avtomobillə 14 yaşlı yeniyetməni öldürdü – ANBAAN VİDEO
Naxçıvanda "VAZ-2107" "KAMAZ"la toqquşub, xəsarət alanlar var - FOTO
Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü










