Türkiyədə müəmmalı qəza: rusiyalı nüvə mühəndisləri öldü - FOTO

Rusiyanın Türkiyədə, Mersin vilayətində inşa etdiyi "Akkuyu Atem Elektrik Stansiyası"nda (AES) işləməyə gələn mühəndisləri gətirən minibus qəzaya uğrayıb.
Unikal.org bildirir ki, "CNNtürk" kanalının verdiyi xəbərə görə, hadisə zamanı 2 mühəndis ölüb, sürücü ilə birlikdə 11 nəfər ağır yaralanıb.
Gələn informasiyalara əsasən, Mersinin Gülnar rayonuna bağlı Böyükeyceli bölgəsində yerləşən AES-də çalışmaq üçün gələn mühəndislər Rusiyadan öncə Antalyaya gəliblər, orada isə Ömər Ö. adlı sürücünün idarə etdiyi minibusa miniblər.
Rusiya vətəndaşlarının olduğu avtomobil Mersinin Silifke rayonunun Ağdərə kəndi yaxınlığında arxadan ağır yük avtomobili ilə toqquşub. Çarpışmanın təsiri ilə minibus yük maşınının yedəyinin altına girib.
Ölən mühəndislərin Denis Petrpuk və Andrey Voronov olduğu bildirilir.
Yoldan keçən sürücülərin xəbər verməsi ilə hadisə yerinə təcili yardım maşınları, jandarmeriya və polislər cəlb olunub. Yaralıların hamısı Silifke dövlət xəstəxanasına yerləşdirilib.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR














