“VAZ”ı YDM-dəki maşının üstünə sürdü - Bir nəfər xəsarət aldı

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda avtomobillə yanacaqdoldurma məntəqəsinə daxil olaraq oradakı nəqliyyat vasitələrini qəsdən vuran şəxs məsuliyyətə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Əylis kəndində qeydə alınıb.
Rayonun Gənzə kənd sakini 1988-ci il təvəllüdlü M.Məmmədov (şərti) “Vaz 21021” markalı avtomobillə yanacaqdoldurma məntəqəsinə sürətlə daxil olaraq orada yanacaq dolduran avtomobili və motosikleti vurub.
O, avtomobilini geriyə hərəkət etdirərək motosikletin üzərindən keçib. Bu zaman motosikletin sahibi xəsarət alıb.
Hadisədən sonra 38 yaşlı şəxs həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq) maddələri ilə iş açılıb. Məlum olub ki, hadisəni törədən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir.
Ekspertiza hadisə vaxtı onun psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə - öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı qənaətinə gəlib.
Ordubad Rayon Məhkəməsi M.Məmmədovun qeyd edilmiş maddələr üzrə cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyini əsas götürərək onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə qərar verib. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib və o, sağalanadək məcburi qaydada ümumi tipli psixiatriya stasionarında müalicəyə göndərilib.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












