Yaponiyada piyada və velosiped qəzaları rekord həddə çatdı

2025-ci ildə Yaponiyada piyadalar və velosipedçilərin iştirakı ilə 3 min 269 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu göstərici əvvəlki illə müqayisədə artaraq 2006-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.
Avtosfer.az Yaponiyanın Jiji Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Milli Polis Agentliyi məlumat yayıb. Bildirilib ki, qəzaların təxminən 57 faizi səkilərdə və piyada keçidlərində baş verib. Ölüm hallarının sayı isə artaraq 356 olub.
Məlumata əsasən, ölüm və ya ağır xəsarətlə nəticələnən 87 hadisədə sərxoş velosipedçilər məsuliyyət daşıyıb. Mobil telefondan istifadə edərək velosiped sürənlərin törətdiyi hadisələrin sayı 22 olub. Elektrikli skuterlər də daxil olmaqla kiçik motorlu nəqliyyat vasitələri ilə bağlı qəzalar isə 386-ya yüksəlib.
Agentlik rəsmiləri velosipedçilər üçün “mavi bilet” cərimə sisteminin tətbiqini planlaşdırırlar. Bildirirlər ki, sərxoş vəziyyətdə və mobil telefondan istifadə edərək velosiped sürməyin təhlükələri barədə maarifləndirmə tədbirləri gücləndiriləcək./azərtac
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO
Yağışlı havada daha bir DƏHŞƏTLİ QƏZA - VİDEO












