Yasamal rayonunda 48 yaşlı qadını avtomobil vurub
Qəzalar
2 Noyabr 2019 09:37
Oxunub 965

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Şükürova Arzu İmamverdi qızı yolu keçmək istəyərkən maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













