Yasamalda təhlükəli ərazi: “Prius”dan sonra “Changan” da pilləkəndən düşdü - VİDEO

Paytaxtın Yasamal rayonu, Abay Kunanbayev küçəsində (Telefon qovşağının arxasında) yerləşən yaşayış kompleksinin yaxınlığında demək olar ki, hər gün yol-nəqliyyat hadisəsi baş verir.
Avtosfer.az-ın məlumatına görə, iyunun 30-da günorta saatlarında ərazidə növbəti qəza qeydə alınıb. Belə ki, yaşayış kompleksinin həyətindən çıxan “Toyota Prius” markalı avtomobil pilləkəndən aşağı düşüb.
Hadisə nəticəsində avtomobilə maddi ziyan dəyib. Qəzaya uğrayan nəqliyyat vasitəsi yaxınlıqda olan vətəndaşların köməyi ilə pilləkəndən çıxarılıb.
Bununla yanaşı, iyulun 1-də səhər saatlarında da həmin ərazidə oxşar yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 99-QD-175 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobil pilləkəndən düşüb.
Sakinlərin sözlərinə görə, ərazidə tez-tez belə qəzalar yaşanır. Onlar oxşar hadisələrin qarşısının alınması üçün aidiyyəti qurumlardan pilləkənin yaxınlığına, təxminən beş metr məsafədə tumbalar quraşdırılmasını xahiş edirlər.
Nərmin
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
















