Yeddi nəfərin xəsarət almasına səbəb olan sürücü axtarılır - FOTO

İstanbulun Sarıyer qəsəbəsində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Maslak Böyükdərə küçəsi, Levent istiqamətində qeydə alınıb.
Məlumata görə, işıqforun qırmızı işığında gözləyən Dəniz K. idarəetməsində olan 34 AY 2635 qeydiyyat nömrə nişanlı avtomobilə, sürücüsünün şəxsiyyəti müəyyənləşdirilməyən 34 BAH 261 qeydiyyat nömrə nişanlı maşın arxadan çırpılıb. Zərbənin şiddətindən hərəkət edən 34 AY 2635 qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yolu keçmək istəyən piyadaları vurub.
Nəticədə sürücü Dəniz Kılıboz ilə oğulu Loğman Kılıboz, Məhəmməd Kılıboz və hamilə olan Gülcan Axarçay, piyadalardan isə Mustafa Ünlü, Vəli Bayram və əlil olduğu öyrənilən Əli Gəzici xəsarətlər alaraq “təcili tibbi yardım” maşınları ilə xəstəxanalara yerləşdiriliblər.
Qəzaya səbəb olan sürücü isə hadisədən sonra qəza yerindən qaçıb.
Polis qaçan sürücünü yaxalamaq üçün axtarışlara başlayıb.
Namiq Musayev




Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











