Yevlaxda avtomobil aşdı: ər-arvad xəsarət alıb
Qəzalar
6 Sentyabr 2019 14:24
Oxunub 1791

Faktla bağlı araşdırma aparılır
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, həyat yoldaşı, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Təhminə Rəhimova xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













