Yola diqqətsiz girən sürücünün manevri baha başa gəldi - ANBAAN VİDEO

Paytaxtın Yasamal rayonu, Nazim Hikmət küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 3-də saat 09:01 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, həyət ərazisindən çıxan “Changan” markalı avtomobilin sürücüsü hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan yola daxil olub. Bu zaman o, əsas yoldan gələn - görüntünü qeydə alan avtomobili vurub
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, həyət ərazisindən (yaşayış binalarının həyəti, məhəllədaxili yollar, dayanacaq yerləri, yanacaqdoldurma məntəqələri və sair) və digər bitişik ərazilərdən yola çıxan sürücü əsas yolda hərəkətdə olan bütün nəqliyyat vasitələrinə yol verməlidir.
Yolun təhlükəsiz olduğuna əmin olduqdan sonra, digər hərəkət iştirakçılarına maneə yaratmadan hərəkət etməlidir.
Təbii ki, bu qaydanın pozulması inzibati məsuliyyətə və yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Nərmin
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












