Yolayrıcına təhlükəli şəkildə daxil olan sürücü qəza törətdi - REAL VİDEO

Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verən yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 16-da saat 18:56 radələrində qeydə alınıb. Belə ki, “VAZ” markalı avtomobil yolayrıcına daxil olarkən “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Görüntülərdən məlum olur ki, “VAZ” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olmamışdan əvvəl sol tərəfdən gələn nəqliyyat vasitəsinin hərəkət istiqamətini və üstünlük hüququnu düzgün qiymətləndirməyib. Nəticədə aəza qaçılmaz olub.
Hadisə zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücülər nizamlanmayan yolayrıclarına daxil olarkən digər hərəkət iştirakçılarına üstünlük verməli, yaxınlaşan nəqliyyat vasitələrinin məsafə və sürətini düzgün qiymətləndirməlidirlər. Xüsusilə ikinci dərəcəli yoldan əsas yola çıxan sürücülər təhlükəsiz keçidi təmin etmədən hərəkətə başlamamalıdırlar.
Nərmin
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












