Zaqatalada yeniyetmənin idarə etdiyi maşın aşdı: Yaralılar var

Qəzalar 14 Avqust 2026 09:16
Zaqatalada yeniyetmənin idarə etdiyi maşın aşdı: Yaralılar var
WhatsApp kanalımıza abunə olun

Zaqatalada minik avtomobili aşıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala şəhər sakini, 17 yaşlı M.R.-nin idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zananı sürücü M.Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər – Muxax kənd sakinləri, 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan T.Ramazanovun vəziyyəti ağır, digər yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 138
ŞƏRH YAZ
Ad

E-mail

Şərh